Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsində Asif Məmmədova (Mərzili) məxsus evin yanıdırılmasına cəhd göstərilməsi ilə bağlı araşdırma aparılır. Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsində Asif Məmmədova (Mərzili) məxsus evin yanıdırılmasına cəhd göstərilməsi ilə bağlı araşdırma aparılır.

Jurnalistin evini yandıranlar axtarılır - Rəsmi

Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsində Asif Məmmədova (Mərzili) məxsus evin yanıdırılmasına cəhd göstərilməsi ilə bağlı araşdırma aparılır.


Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov bildirib.

O deyib ki, naməlum şəxslər Xətai rayonunda Asif Məmmədova məxsus evin taxtadan olan pəncərəsini yandırıblar: "Yanğını ev sahibi özü söndürüb. Nəticədə pəncərənin çərçivəsi qismən yanıb. Hadisə yerinə Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşları gəlib. Hazırda evin yanıdırılmasına cəhd göstərilməsi hadisəsi ilə bağlı araşdırma aparılır".

Qeyd edək ki, Asif Mərzili "Təzadlar" qəzetinin baş redaktorudur.

Report.az