“Marketlərdə satışda olan qırmızı və yaxud da sarı rəngdə olan düyülərdən uzaq olmaq lazımdır”. “Marketlərdə satışda olan qırmızı və yaxud da sarı rəngdə olan düyülərdən uzaq olmaq lazımdır”.

Bu düyüləri almayın - Ekspertdən bayramqabağı xəbərdarlıq

“Marketlərdə satışda olan qırmızı və yaxud da sarı rəngdə olan düyülərdən uzaq olmaq lazımdır”.


Bu barədə AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, sözügedən rəngdə olan düyülərin geni dəyişdirilib: "O biri növ düyülər isə plasmasdan deyil, sadəcə qatışıqlardan hazırlanır. Məsələn, süni kürü kimi. Düyü ilə heç bir əlaqəsi olmayan kraxmal və digər komponentləri birləşdirib düyü hazırlayırlar. Səbəb isə bu qarışıqdan olan düyülərin daha çox şişmə xüsusiyyətinə malik olmasıdır".

E.Hüseynov həqiqi və yalançı düyüləri fərqləndirməyin yollarını da göstərib: "Bişirməmişdən öncə o düyünü suya qoymaq lazımdır. Bir gündən sonra görəndə ki, düyü çox şişib ondan uzaq olun. Həmin düyü süni düyü hesab olunur".

E.Hüseynovun fikrincə, geni dəyişdirilmiş düyülər insan orqanizmi üçün həddən çox təhlükəlidir. Ekspert əhaliyə çağırış edib: "Astara düyüsü alın. Bu düyü yerli və təhlükəsizdir".

Bahar RÜSTƏMLİ
AzNews.az