Belçikanın Azərbaycandakı səfirliyində ötən gün paytaxt Brüsseldə baş verən terror aktları ilə əlaqədar xatirə kitabı açılıb. Belçikanın Azərbaycandakı səfirliyində ötən gün paytaxt Brüsseldə baş verən terror aktları ilə əlaqədar xatirə kitabı açılıb.

Belçikanın Azərbaycandakı səfirliyində xatirə kitabı açıldı - Terrorla bağlı

Belçikanın Azərbaycandakı səfirliyində ötən gün paytaxt Brüsseldə baş verən terror aktları ilə əlaqədar xatirə kitabı açılıb.


Bu barədə səfirliyin mətbuat xidmətindən məlumat verilib. Kitab bu gün ərzində axşam saat 17-dək açıq olacaq. Səfirliyin yerləşdiyi "İsr Plaza"nın qarşısında terror aktın qurbanlarının xatirəsinə şamlar yandırılıb. Həmçinin Belçikada elan olunan matəm günü ilə əlaqədar səfirlikdə bayraq yarıya qədər endirilib.

Ötən gün Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. "Zaventem" beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 31 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.