Aprelin 2-si gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan təmas xəttində gedən qızğın döyüşlər virtual aləmə də təsir edib. Aprelin 2-si gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan təmas xəttində gedən qızğın döyüşlər virtual aləmə də təsir edib.

DİQQƏT: Ermənilər profil oğurluğuna başlayıb – Düşmənin feysbuk təxribatı

Aprelin 2-si gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan təmas xəttində gedən qızğın döyüşlər virtual aləmə də təsir edib.



AzNews.az xəbər verir ki, ermənilər bir çox Azərbaycan saytlarına hücum etməklə kifayətlənməyib, artıq sosial şəbəkə istifadəçilərinin şəxsi profillərini də ələ keçirməyə başlayıb.

Feysbukun erməni istifadəçiləri həmin profillərdən təxribatçı materiallar yayırlar.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AzNews.az-a açıqlamasında Azərbaycan sosial şəbəkə istifadəçilərinə bununla bağlı xəbərdarlıq edib: "Təbii ki, indi ölkədə vəziyyət dəyişib. Müharibə təkcə cəbhədə deyil, həmçinin virtual məkanda da aparılır. Bunun adı da informasiya müharibəsidir. Ona görə də biz xəbərdarlıq edirik ki, sosial şəbəkə istifadəçiləri ehtiyatlı olsun. Əgər məlumatlar, mesaj və videolar göndərən şəxsin kimliyini tanımırsınızsa o zaman onu açmayın. Tanımadığınız şəxsin profili ilə informasiya münasibəti quranda, onun məlumatlarını yayanda ehtiyatlı olmaq lazımdır".

O.Gündüz qeyd edib ki, belə hallarla qarşılaşanda elementar informasiya təhlükəsiziliyi qaydalarına əməl etmək lazımdır: "Kimlərinsə şifrələri sındırılıb. Şifrəsi sındırılan şəxslərin adından video, link, mesaj gələrsə onu açmayın. Bu video şübhəlidir, onu açan kimi proqram işə düşür və profiliniz ələ keçirilir".

O.Gündüz eyni zamanda Azərbaycanda bu məsələlərə informasiya dəstəyi göstərən qurumun olduğunu da xatırladıb: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi var, onların qaynar xətti fəaliyyətdədir. Şifrələr sındırılan zaman dərhal qaynar xəttə zəng edib, onlarla əlaqə saxlamaq lazımdır. Bu qurumun borcu sizi vəziyyətdən çıxarmaqdır".

Bahar RÜSTƏMLİ
AzNews.az