“...Nizami, Füzuli, Nəsimi də bizə yad olmalıdır, Novruz bayramı da”


"Azəbaycanda etiqad azadlıqları var. Lakin elə dini cərəyanlar var ki, onların ideologiyasının ardınca getsək, bu düşüncəyə görə Nizami, Füzuli, Nəsimi də bizə yad olmalıdır, Novruz bayramı da".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov deyib.

E.İsgəndərovun sözlərinə görə, bəzi təriqətlər var ki, öz hüquqlarını məhkəmə səviyyəsində qoruyurlar: "Bəzi dini ədəbiyyatları araşdırdıqda görürük ki, təhqir etmədikləri dini model, beynəlxalq təşkilat yoxdur".
İnsan azadlıqlarını təhlükə altına alan təriqətlərin olduğunu deyən E.İsgəndərov belə təriqət qurucularının insanların malı, canı, psixologiyası üzərində hakim olmağa çalışdığını vurğulayıb.

Elnarə Əlosmanqızı

AzNews.az