Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar. Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar.

Şəhid pilotlarımız II Şəhidlər xiyabanında torpağa tapşırıldı - (Yenilənib 2)

Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar.


Qəhrəman hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib.

Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib.

Dəfn zamanı "Şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirilib.

Şəhidlərin məzarı üzərinə əklillər və güllər düzülüb.

***
13:54
Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başa çatıb.

Mərasimin rəsmi hissəsinin bitməsindən ardından şəhidlərin yaxınları sonuncu dəfə onların cənazəsi qoyulmuş tabuta sarılaraq, vidalaşıblar.

Cənazələr dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılır.

APA.az

***
09:54

Azərbaycanın şəhid pilotları ilə vida mərasimi başlayıb.

4 günlük müharibə zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevlə vida mərasimi keçirilir.

Mərasim Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindəv təşkil olunub. Şəhidlər II Fəxri Xiyabanda dəfn ediləcəklər.

qafqazinfo.az