- Köhnə - Cəmiyyət
- 14 Noyabr 2012 10:47
- 6 243
Əflatun Amaşov beynəlxalq konfransa gedir
Şuradan Trend-ə verilən məlumata görə, noyabrın 16-da başlayacaq konfrans ayın 18-dək davam edəcək. MDB və Avropanın bir sıra ölkələrindən olan media qurumları rəhbərlərinin iştirak edəcəkləri tədbirdə postsovet və postsosialist məkanında söz və ifadə azadlıqlarının vəziyyəti, KİV-lərin özünütənzimləməsi ilə bağlı meydana çıxan yeni tendensiyalar müzakirə ediləcək. Həmçinin, medianın Ukraynada keçirilmiş parlament seçkisini işıqlandırmasına dair vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, beynəlxalq konfransda MŞ sədri Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.
AzNews.az