- Köhnə - Cəmiyyət
- 14 Aprel 2016 10:50
- 3 749
AZAL-dan dələduzluqla bağlı sərnişinlərə - Xəbərdarlıq

Dələduzluq halları ilə bağlı "Azərbaycan Hava Yolları" QSC (AZAL) xarici ölkələrə səyahət edən şəxsləri yalnız etibarlı turizm agentliklərinə müraciət etməyə çağırır.
AzNews.az AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, AZAL aviabiletlər ilə bağlı problemlərdən yayınmaq üçün onları "Azərbaycan Hava Yolları"-nın (AZAL) agent-tərəfdaşlarından almanızı xahiş edir.
Azərbaycanda AZAL-ın aviadaşımaları üçün biletlərin satışına rəsmi hüququ olan agentliklərin siyahısına (2016-cı il aprelin 1-ə olan məlumat) bu linkdən baxa bilərsiz.
http://www.azal.az/az/article/31082015