Hava tutqun və çiskinli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında
tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə duman, çiskin olacağı, əsasən cənub rayonlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 6-11, gündüz 12-16, dağlarda gecə 0-3, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən noyabrın 20- 22-də Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Elnarə Əlosmanqızı
AzNews.az