“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi peşəkar jurnalistlər, jurnalist təşkilatlarının təmsilçiləri, müvafiq dövlət qurumlarının rəsmiləri, KİV rəhbərləri və millət vəkillərinin iştirakı ilə beş günlük seminar keçirir. “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi peşəkar jurnalistlər, jurnalist təşkilatlarının təmsilçiləri, müvafiq dövlət qurumlarının rəsmiləri, KİV rəhbərləri və millət vəkillərinin iştirakı ilə beş günlük seminar keçirir.

Gənc jurnalistlərin və tələbələrin nəzərinə - 5 günlük seminar

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi peşəkar jurnalistlər, jurnalist təşkilatlarının təmsilçiləri, müvafiq dövlət qurumlarının rəsmiləri, KİV rəhbərləri və millət vəkillərinin iştirakı ilə beş günlük seminar keçirir.


AzNews.az xəbər verir ki, təlimlərdə gənc jurnalistlərə jurnalistikanın nəzəriyyəsi, televiziya və radio jurnalistikası, yeni media, foto-reportyorluq mövzusunda təlimlər keçiriləcək.

Eyni zamanda, gənc jurnalistlərlə mətbuat xidmətləri ilə iş, piar işinin qurulması və digər zəruri mövzular ətrafında müvafiq görüşlər keçiriləcək.

Layihənin sonunda iştirakçılar Azərbaycan Respublikası Gənclər Fondu və "Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi" İctimai Birliyinin birlikdə imzaladığı sertifikatlarla təltif ediləcəklər.

Təlimdə iştirak etmək istəyənlər gencvetendash@gmail.com email ünvanına yazaraq, yaxud (+994) 702241182, (+99412) 511 49 94 telefonlarına zəng edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün son tarix: 05.06.2016