Mollaların attestasiyası fevralda başa çatdırılacaq

Qafqaz Müsəlmanları İdarəsi mollaların attestasiyasını gələn ilin fevralında başa çatdıracaq. Bu barədə məlumatı AzNews.az-a Qafqaz Müsəlmanları İdarəsinin fitva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə verib.

Şöbə müdiri bildirib ki, artıq rayonlarda attestasiya prosesi başa çatdırılıb. Bakı və ətraf kəndlərdə isə mollaların attestasiyası Məhərrəmlik ayı başa çatdıqdan sonra aparılacaq: "Bundan sonra biz ümumi nəticələr barədə açıqlama verəcəyik. Yəqin ki, proses fevrala qədər yekunlaşdırılacaq".

Elnarə Əlosmanqızı
AzNews.az