- Köhnə - Cəmiyyət
- 16 İyun 2016 23:23
- 9 507
Naxçıvan reysləri təxirə salındı - Hava limanında sıxlıq + Fotolar
Bakıdan Naxçıvana olan 3 reys təxirə salınıb.
AzNews.az xəbər verir ki, Naxçıvan hava limanı əlverişsiz hava şəraitinə görə təyyarələri qəbul edə bilmir. Bu səbəbdən bu gün Naxçıvana uçan sərnişin təyyarəsi məcburən geri qayıdıb. Digər 3 reys isə təxirə salınıb.
Təyyarə reyslərinin həyata keçirilə bilməməsi isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sıxlığın yaranmasına səbəb olub.
özügedən reysin hər birində 100-150 sərnişin olub. Hazırda təxirə düşən uçuşlara görə, 600 nəfərə yaxın adam Heydər Əliyev adına aeroportda qalıb.
Sərnişinlərə bildirilib ki, təxirə salınan reyslərin nə vaxt bərpa ediləcəyi ilə bağlı qərar 23:20-dən sonra veriləcək.
Təxirə düşən ilk reysin saatından bəri (13:50) sərnişinlərin aeroportdan, uçuş zonasından kənara çıxmaqlarına icazə verilmir.




