Səhiyyə Nazirliyi Aşıq Azər Xanlaroğlunun səhhəti ilə bağlı qərar verib. Səhiyyə Nazirliyi Aşıq Azər Xanlaroğlunun səhhəti ilə bağlı qərar verib.

Aşıq Azəri ağır əməliyyata hazırlayırlar – Yekun qərar verildi

Səhiyyə Nazirliyi Aşıq Azər Xanlaroğlunun səhhəti ilə bağlı qərar verib.



Aşığın yaxınlarından AzNews.az-a verilən məlumata görə, aşıq Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunacaq: "Orada qaraciyər köçürülməsi əməliyyatı aparılacaq. Donor aşıq Azərə ciyərinin 1 kq-nı verməlidir".

Bundan əlavə əməliyyata kimi aşıq 10 kq çəki atmalıdır. O, həmçinin səhhəti ilə bağlı idman eləməlidir: "Amma yeriyə bilmədiyindən idman edə bilmir. Buna görə həkim nəzarəti altında dietoloqla arıqlamalıdır".

Qeyd edək ki, Aşıq Azər Xanlaroğlu Hepatit C virusundan əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az