Lotereyada Kristal Abşerondan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincsdən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanıldı. Lotereyada Kristal Abşerondan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincsdən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanıldı.

“MÖHTƏŞƏM 100 GÜN” lotereyasının qalibləri məlum oldu - Siyahı

Lotereyada Kristal Abşerondan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincsdən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanıldı.


Spar və Araz Supermarketlər şəbəkəsi tərəfindən öz müştəriləri üçün təşkil edilən "MÖHTƏŞƏM 100 GÜN" adlı stimullaşdırıcı lotereyasının qalibləri məlum olub.

Lotereyada tiraj komissiyasının şahidliyi ilə Kristal Abşerondan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincsdən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanılıb.

Öncə 5 ədəd soyuducu, ardınca 5 ədəd paltaryuyan, 5 ədəd telvizor, 10 ədəd planşet, 15 ədəd telefon və 20 ədəd tozsoran öz sahibini tapıb.

Uduşlu tirajda İlyasova İradə Ərşad qızı "Toyota Corolla", Dadaşova Sevil Bilal qızı "Toyota Camry", Ömərov Azər Nüsrət oğlu "Toyota Prado" avtomobilini, Mikayılzadə Aydan Firuz qızı "Kristal Abşeron" şirkətinin Xırdalandakı yaşayış kompleksindən 2 otaqlı mənzili qazanıb.

Əsas hədiyyələrin qalibləri müəyyən edildikdən sonra 40 fen və 30 ütü də oynanılıb.

Oyunun daha maraqlı və həyacanlı məqamlarından biri də tədbirdə işrirak edən müştərilər tərəfindən lototronun özləri tərəfindən fırladılması və kuponların çıxarılması olub.

Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə "Araz" marketlərində yerləşdirilən lotereya qutularının ağzı öncədən möhürlənərək xüsusi çəkiliş qurupları ilə 30 iyun tarixində "Fairmont" oteldə komissiya üzvlərinin iştirakı ilə lototrona boşaldılmışdı. "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və SPAR marketlər şəbəkələrində 17 mart-24 iyun tarixləri aralığında hər 20 manatlıq alış-veriş edən müştəri bir ədəd kupon-lorereya qazanırdı.

Qaliblərin adları elan olunaraq Tiraj komissiyasına təhvil verilib.