Türkiyədəki hərbi çevriliş cəhdinin yeni detalları məlum olub. Türkiyədəki hərbi çevriliş cəhdinin yeni detalları məlum olub.

Əsgərləri aldadıb tanklara mindiriblər - “Bizə dedilər təlim var”

Türkiyədəki hərbi çevriliş cəhdinin yeni detalları məlum olub.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul və Ankaradakı qiyamda iştirak edən bəzi əsgərlərin aldadılaraq şəhərə çıxarıldığı məlum olub.

Məlumata görə, yüksək rütbəli hərbçilər əsgərlərə "növbətçi olacaqsınız", "təlim var" deyərək, tanklara mindiriblər və küçələrə çıxarıblar.

Aydın valisi Ömər Faruk Koçak iddiaları təsdiqləyib. O, "Söke"dən rütbəli hərbçilərdən birinin 20 əsgərə "sizi təlimə aparacağam" adıyla Ankara apardığını deyib.

Qiyam vaxtı Atatürk Hava Limanında olan əsgərlərdən 67-si polis tərəfindən saxlanıldıqdan sonra ifadə veriblər. Onlar aeroporta təlim məqsədilə gətirildiklərini deyiblər.

"Xalq tankların üzərinə çıxanda həqiqəti anladıq", - deyə əsgərlər bildiriblər.