“Təmas” RİİB-yi cari ilin may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət göstərən Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzinin dəstəklənməsi” layihəsinin icrasını həyata keçirməyə başlayıb. “Təmas” RİİB-yi cari ilin may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət göstərən Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzinin dəstəklənməsi” layihəsinin icrasını həyata keçirməyə başlayıb.

İnsan alverilə bağlı maarifləndirmə görüşü keçirildi - Foto

“Təmas” RİİB-yi cari ilin may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət göstərən Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzinin dəstəklənməsi” layihəsinin icrasını həyata keçirməyə başlayıb.


AzNews.az xəbər verir ki, Goranboy rayonunda sonuncu maarifləndirmə görüşü təşkil olundu. Görüşdə 30-a yaxın insan iştirak edib.

Layihə rəhbəri Kubra Ələkbərova qeyd edib ki, DİN IAQMBI verdiyi məlumata görə, ötən il 64 insan alveri qurbanı müəyyən edilib. Onlardan 9 nəfəri həddi-buluğa çatmayan qız, 29 nəfəri isə məişət zorakılığına məruz qalan şəxslərdir. Ümumiyyətlə zorakılıq, insan hüquqları və əsas azadlıqlarındаn istifadə edilməsinə, bərabərlik və inkişaf prosesinə ciddi mane yaradır. Qadının iqtisadi və psixoloji asılılığı, cəmiyyətdə qadının və kişinin statusunun dəyişməsi, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi, formalaşmış yanlış stereotiplər və sair amilləri buna səbəb kimi göstərmək olar.

Təşkilatın rəhbəri Südabə Məmmədova layihə çərçivəsində fəaliyyət göstərən mərkəz haqqında geniş məlumat verib. Qeyd olunub ki, bu mərkəz qadınların şəxsən müraciət edə biləcəyi xüsusi bir yerdir. Mərkəzin əməkdaşları - qadınları qəbul edən, onlara dəstək və məlumat verə bilən, kömək edən, yaşanmış təcrübəni analiz edən, inamı bərpa edən, zorakılıqdan yaxa qurtarmaq üçün müəyyən strateqiya tərtib edə bilən qadınlardır (mərkəzin direktoru, psixoloq, sosial işçilər). Son məqsəd hər bir zərərçəkən, zorakılıq qurbanı olan qadının layəqətinin bərpası və öz "mən"inin dərk etməsini özündə ehtiva edir. Qadının reabilitasiya, cəmiyyətə yenidən reinteqrasiya olunmasına şərait yaradır.

Sonra mərkəzdə göstərilən xidmətlərdən və mərkəzin əməkdaşlıq etdiyi qurumlar haqqında geniş məlumat verilib.