“Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edib. “Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edib.

“Qafqaz” Universiteti bağlandı

“Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edib.


AzNews.az xəbər verir ki, nazirlikdən bildirilib ki, "Qafqaz" Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olandan sonra "Qafqaz" Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə nazirlik tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.