Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər 3 MTN əməkdaşının barəsindəki ibtidai istintaq yekunlaşıb. A.Çovdarovla yanaşı, MTN polkovniki Səlim Məmmədov, mayor Akif Əliyev və şöbə rəisi Orxan Osmanovun işi yaxın günlərdə məhkəməyə göndəriləcək. Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər 3 MTN əməkdaşının barəsindəki ibtidai istintaq yekunlaşıb. A.Çovdarovla yanaşı, MTN polkovniki Səlim Məmmədov, mayor Akif Əliyev və şöbə rəisi Orxan Osmanovun işi yaxın günlərdə məhkəməyə göndəriləcək.

Akif Çovdarovu məhkəmə zalından azad edəcəklər?

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər 3 MTN əməkdaşının barəsindəki ibtidai istintaq yekunlaşıb. A.Çovdarovla yanaşı, MTN polkovniki Səlim Məmmədov, mayor Akif Əliyev və şöbə rəisi Orxan Osmanovun işi yaxın günlərdə məhkəməyə göndəriləcək.


Redaksiyamıza daxil olan məlumata görə, A.Çovdarovun işi üzrə istintaqın ayrıca icraata verilməsi onun "xəstəliyi ilə əlaqədar azad edilməsi" planının tərkib hissəsidir. MTN-in odioz generalını məhkəmə zalından azad etmək planı var.

Yada salaq ki, 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə (hazırda Bakı Ağır Cinayətlər Məhkəməsi -E.M.) "ekstazi işi" araşdırılırdı. Həmin iş üzrə təqsirləndirilən 14 nəfərin sırasında bir çox tanınmışların övladları ilə yanaşı bir müddət Bakı şəhər prokuroru olmuş Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı da vardı. Məhkəmə prosesinin ən qızğın çağında Mahir Mirsalamlı "xəstə"ləndi. Hakim Azər Orucov M.Mirsalamlının "ağır xəstəliyi ilə əlaqədar" prosesi bir neçə dəfə təxirə saldı və sonda prosesin M.Mirsalmalı olmadan davam etdirilməsini qərarlaşdırdı. Beləliklə, məhkəmə yekunlaşdı və hökmlə digər şəxslər müxtəlif müddətə cəzalara məhkum edilsələr də, hökmdə M.Mirsalamlının barəsində prosesin və müvafiq qərarın o, sağalandan sonra çıxarılacağı qeyd edildi. Həmin müddətdən 6 il ötüb və M.Mirsalamlı hələ ki "sağalmayıb", odur ki, barəsində hökm də yoxdur. Yeri gəlmişkən, M.Mirsalamlının da olduğu 14 nəfərlik dəstəni həmin dövrdə Milli Təhlükəsizlik Nazirliyi tutmuşdu.

Belə görünür ki, 6 il əvvəl sınaqdan uğurla çıxmış M.Mirsalamlının işi A.Çovdarov üçün də keçərlidir. Onun 10 və ya 20 maddə ilə ittiham olunması heç nəyi dəyişmir. A.Çovdarovu nələrinsə müqabilində azad etmək istəyirlər. Bu istəyin gerçəkləşməsi istiqamətində artıq real addımlar atılmaqdadır. Maraqlıdır ki, onun adı "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətl işində təşkilatçı kimi keçsə də, bu haqda mətbuatda kifayət qədər məlumatlar olsa da, ittihamda bu epizod yoxdur.

Qeyd edək ki, A.Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirli bilinir.

Musavat.com