Tanınmış kameraman Mahir Hüseynbəyli PostNews.Az xəbər portalına baş redaktor təyin edilib. Tanınmış kameraman Mahir Hüseynbəyli PostNews.Az xəbər portalına baş redaktor təyin edilib.

Mahir Hüseynbəyli baş redaktor təyin edildi

Tanınmış kameraman Mahir Hüseynbəyli PostNews.Az xəbər portalına baş redaktor təyin edilib.


Bu barədə AzNews.az-a saytın təsisçisi Fuad Mədətov məlumat verib. Təsisçinin sözlərinə görə, sayt bütün təhlükəsizlik tədbirlərini gücləndirdikdən sonra fəaliyyətini bərpa edib: "Sayt fəaliyyətdə olduğu müddətdə xarici ölkələrdən, xüsusən də Ermənistandan haker hücumlarına məruz qalıb. Məhz bu səbbədən də portal fəlaiyyətini dondurmaq məcburiyyətində qalmışdı. İndi isə saytın fəaliyyətini aktivləşdirdik. Məqsədimiz ancaq Azərbaycan mədəniyyətini təbliğ etməkdir".

Qeyd edək ki, portal 2014-ci il mart ayının 8-də açılıb. Ötən il isə fəaliyyətini dondurmuşdu.

Bahar RÜSTƏMLİ