Bu gün əməkdar jurnalist, “Yeni Müsavat”ın qurucusu və baş redaktoru, musavat.com və minval.az saytlarının təsisçisi Rauf Arifoğlunun 50 yaşı tamam olur. Bu gün əməkdar jurnalist, “Yeni Müsavat”ın qurucusu və baş redaktoru, musavat.com və minval.az saytlarının təsisçisi Rauf Arifoğlunun 50 yaşı tamam olur.

Rauf Arifoğlu 50-ni ötdü - Fotolar

Bu gün əməkdar jurnalist, “Yeni Müsavat”ın qurucusu və baş redaktoru, musavat.com və minval.az saytlarının təsisçisi Rauf Arifoğlunun 50 yaşı tamam olur.


AzNews.az xəbər verir ki, Rauf Arifoğlu 23 iyul 1966-cı ıldə Tovuzun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə isə Qərb Universitetini bitirib. 1988-ci ildə milli-azadlıq hərəkatına qoşulub. 1989-cu ildə qeyri-formal olaraq "Birlik dərgisi"ni çap etdirib. 1989-cu ildə isə "Yeni Müsavat" qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasını (AMDYMP) yaradıb. 1992-ci ildə isə AXC rəhbərliyindən olan bir neçə şəxslə Müsavat Partiyasını bərpa ediblər və AMDYMP Müsavata birləşib. Müxtəlif vaxtlarda Müsavatın Divan üzvü, başqan müavini olub. 2015-ci il iyulun 15-də partiya üzvlüyündən çıxıb. 2015-ci ilin iyulunda "Əməkdar Jurnalist" adı ilə təltif olunub. İyirmi yeddi ildir "Yeni Müsavat"ın baş redaktorudur. Evlidir, 3 övladı var.

AzNews.az kollektivi olaraq Rauf Arifoğlunu ad günü münasibətilə təbrik edir, can sağlığı, daha böyük uğurlar arzulayırıq.