Məşhur şirkətə qarşı yarım milyonluq iddia!

Məşhur "Xəyal-Holdinq" MMC şirkətinə qarşı böyük məbləğli iddia qaldırılıb. "AzNews.az"-ın "Femida.az"-a istinadən məlumatına görə, İskəndər Mirzəyev holdinqdən 455 min manat pul tələb edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi məhkəmə aktını qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, "Xəyal-Holdinq" şirkəti 1995-ci ildə Azərbaycanda yaradılan ilk özəl şirkətlərdən biridir. Şirkətin çörək və limonad zavodu, konserv, pivə və tünd içkilər sexi var.

Xatırladaq ki, "Xəyal-Holdinq"in prezidenti Fikrət Rəcəbovun meyiti 2006-cı il fevralın 9-da Nardarandakı bağ evində asılmış vəziyyətdə tapılıb. Onun intihar etdiyi məlum olub. 2006-cı ildən 2009-cu ilə qədər şirkətin fəaliyyətində passivlik müşahidə olunub.

AzNews.az