“Kempinski” Bakıdan getdi

Dünyanın məşhur otel brendlərindən olan “Kempinski” Azərbaycandakı tərəfdaşı ilə françayzinq müqaviləsini dayandırıb.


"Kempinski" şirkəti ilə "Kempinski Hotel Badamdar" oteli menecer müqaviləsinin 2016-cı il iyulun 31-dən etibarən dayandırılmasına dair qarşılıqlı razılığa gəliblər. Bundan sonra Bakının Badamdar qəsəbəsində yerləşən beşulduzlu "Kempinski Hotel Badamdar" "Badamdar Hotel Baku" brendi altında fəaliyyət göstərəcək. Françayzinq müqaviləsinin dayandırılmasının səbəbləri açıqlanmır.

Qeyd edək ki, "Kempinski Hotel Badamdar" 2011-ci ilin sentyabrında açılıb və beynəlxalq "Kempinski" otellər şəbəkəsinin Azərbaycanda ilk Resort-oteli idi. Otel 280 nömrədən, o cümlədən lüks nömrələrdən, 38 rezidensiyadan, 36 ofisdən, 19 konfrans-zaldan, iki restoran və iki bardan, "Qəbələ" banket zalından, qapalı hozuzdan, SPA-mərkəzindən və s. ibarətdir.

Virtualaz.org