“Gender Bərabərliyi” İctimai Birliyi ““Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Ailədaxili münaqişələr” mövzusunda növbəti təlimini keçib. “Gender Bərabərliyi” İctimai Birliyi ““Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Ailədaxili münaqişələr” mövzusunda növbəti təlimini keçib.

“Hepatitlə mübarizə günü”nə həsr olunmuş təlim keçirildi

“Gender Bərabərliyi” İctimai Birliyi ““Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Ailədaxili münaqişələr” mövzusunda növbəti təlimini keçib.


AzNews.az xəbər verir ki, təlim "Qızıl Aypara cəmiyyəti" ilə birlikdə "Hepatit ilə mübarizə günü"nə həsr edilib.

İctimai Birliyin sədri Şəkər Əliyeva layihə barəsində ətraflı məlumat verdikdən sonra ekspert Gülər Adıgözəlzadə "Ailə, sosial problem və çıxış yolları" mövzusunda çıxış edib.

Daha sonra təlimə ekspert qismində cəlb edilən "Qızıl Aypara cəmiyyətinin İcmaya əsaslanan saqlamlıq proqramının" rəhbəri, tibb elmləri namizədi, həkim- pediatr Mətanət Qaraxanova gəncləri salamlayıb, təlimin "Hepatit ilə mübarizə günü" keçirildiyini qeyd edərək sağlam ailənin təməlini sarsıda biləcək hepatit virusu ilə bağlı təlim iştirakçılarını məlumatlandırıb.

Təlimdə çıxış edən psixoloq Mehriban Qafafarova "Ailəyə kənar müdaxilələr" haqqında gənclərə məlumat verib, ailələrə kənardan eilən müdaxilələrin ailədaxilində yaratdığı problemlərdən və bu problemlərdən çıxış yolları haqda danışıb.

Daha sonra təlimi davam etdirən hüquqşünas Nərminə Qəribova " Ailə büdcəsinin idarə olunması" mövzusunda danışaraq təlim iştirakçılarının suallarını cavablandırıb.

Sonra həkim Fikrət Xəlilov "nikahadək görünməyən yoluxucu xəstəliklər" barədə gəncləri məlumatlandırıb. Təlim müzakirələr ilə yekunlaşıb.