Bir neçə gün öncə Zərdab rayonunda əri tərəfindən başı kəsilərək qətlə yetirilən mərhum Rüxsanə Aslanovanın uşaqlarından doğmaları imtina edib. Bir neçə gün öncə Zərdab rayonunda əri tərəfindən başı kəsilərək qətlə yetirilən mərhum Rüxsanə Aslanovanın uşaqlarından doğmaları imtina edib.

Başı kəsilən qadının uşaqlarından - Doğmaları imtina etdi + Fotolar

Bir neçə gün öncə Zərdab rayonunda əri tərəfindən başı kəsilərək qətlə yetirilən mərhum Rüxsanə Aslanovanın uşaqlarından doğmaları imtina edib.


Bu barədə AzNews.az-a açıqlamasında Zərdab Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər üzrə Şöbəsinin müdiri vəzifəsini icra edən Murad Həsənov bildirib.

Onun sözlərinə görə, R.Aslanovanın uşaqları aidiyyatı qurumlarla birlikdə nəzarətə götürülüb: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən nümayəndə gəlib. Rayondakı aidiyyatı qurumların üzvləri komitənin nümayəndəsi ilə birlikdə mərhum Rüxsanə Aslanovanın evində olub. Uşaqlar hazırda mərhumun öz evindədir.

Araşdırma zamanı məlum olub ki, ailə maddi çətinlikdən əziyyət çəkir. Yaxınları, doğmaları da uşaqlara baxmaq imkanında olmadıqlarını bildirib. Uşaqların hər iki tərəfdən ailə üzvləri icra hakimiyyətinə ərizə ünvanlayıblar. Onlar həmin ərizədə xahiş edirlər ki, uşaqlar dövlətin himayəsinə verilsin".





M.Həsənov qeyd edib ki, ərizələr Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevə təqdim olunmayıb: "Çünki iş yekunlaşmayıb. Cinayətkar Aqşin Aslanov hazırda Gəncədə olduğundan onun ərizəsi alınmayıb. Cinayətkar olsa da atalıq hüququ var, buna görə onun da ərizəsi alınmalıdır. Onun ərizəsi alındıqdan sonra uşaqlar aidiyyat üzrə təhvil veriləcək".





Qeyd edək ki, bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətl hadisəsi baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb. Hadisə azyaşlı uşaqların gözü qarşısında baş verib. Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.



Bahar RÜSTƏMLİ
AzNews.az