İsraildə yanğınların söndürülməsində iştirak edən təyyarə Bakıya qayıtdı

Məlumat verildiyi kimi, İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi cari ilin noyabr ayının 25-dən etibarən İsraildə yanğınların söndürülməsi əməliyyatlarına qoşulub.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Missiyasını uğurla başa çatdıran təyyarə bu gün Bakıya qayıdıb.