Buna görə 10 manatdan keçmək lazım gələcək Buna görə 10 manatdan keçmək lazım gələcək

Sürücülük vəsiqəsi üçün təkrar imtahanlar ödənişli oldu

Buna görə 10 manatdan keçmək lazım gələcək



Sürücülük vəsiqəsi üçün verilən təkrar imtahanlar ödənişli olub. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliklərə əsasən sürücülük vəsiqəsi üçün təkrar imtahan verən şəxslər 10 manat rüsum ödəyəcək.

Qeyd edək ki, əvvəllər təkrar imtahanlarda rüsum tətbiq olunmurdu.