“Google”da ermənilərin türklərə qarşı təxribatı - FOTOFAKT

Düşmənlərin daha bir məkrli internet təxribatı üzə çıxdı



Ermənilərin türk xalqlarının mədəni irsinə əl uzatmaları ilə bağlı faktlar danılmaz reallıqdır. Özündə bu kimi hallarla bağlı konkret faktları əks etdirən məqalələr, sənədli filmlər mütamadi olaraq dünya ictimaiyyətinə çatdırılır. Əldə etdiyimiz son məlumat da təsdiqləyir ki, düşmənlərimiz bu murdar əməllərindən çəkinmək niyyətində deyil. Bu dəfə isə hədəfdə türk dünyasının təbiətidir.

Bu məsələ AzNews.az-ın qısa araşdırması zamanı ortaya çıxıb. İnternet istifadəçilərinin daha yaxşı bildiyi dünyanın məşhur "Google" axtarış sistemində müxtəlif ölkələrin öz mədəniyyətini əks etdirən mövzularla bağlı xüsusi sistem var. Bu sistem vasitəsiylə "Google chrome" istifadəçiləri zövqlərinə uyğun olaraq seçdikləri mövzunu öz səhifələrində yerləşdirirlər. Ermənilər bu fürsətdən istifadə edərək, türk dünyasına qarşı növbəti dəfə həyasız addım atıblar.

AzNews.az-ın məlumatına görə, söhbət "Ağrı dağı"ndan (ermənilərin adlandırdığı qondarma "Ararat" dağı) gedir. Belə ki, Ermənistan ərazisində yerləşən "Xosrov meşəsi" dövlət qoruğundan görünən Ağrı dağının şəklini çəkərək "Ararat" adı ilə "Google"un mövzu axtarışı sisteminə daxil ediblər.

İngilis dilində yazılan məlumatda qeyd olunur: "Mount Ararat from Khosrov Reserve, Armenia. Photo by ArmeniaPhotos.info Biblical Ararat viewed from Khosrov Forest National Reserve in Armenia".

Tərcümə: "Xosrov Qoruğu Ararat dağı, Ermənistan. Şəkil ArmeniaPhotos.info
Ermənistanın Xosrov Milli Parkı tərəfindən çəkilib".

Məlumat üçün bildirək ki, Ağrı Dağı Türkiyə ərazisində yerləşir və ölkənin ən yüksək dağıdır. Zirvəsi 4 mövsüm boyunca əriməyən qar və daimi buz qayaları ilə örtülü vulkanik bir dağ olan Ağrı Dağı, Türkiyənin şərq ucunda, Ağrı ilinin sərhədləri içərisində yerləşir. Dağ, İranın 16 km qərbində və Ermənistanın 32 km cənubunu əhatə edir. Dağın 35%-lik bir seqmenti İqdır bölgəsində, qalan 65%-lik seqmenti isə Ağrı ili sərhədləri içərisindədir.

Ağrı dağı 5137 metrlik yüksəkliyi ilə Türkiyənin ən yüksək zirvəsidir. Ağrı Dağı iki zirvədən ibarətdir. Bunlar 5137 metrlik Atatürk Zirvəsi (Böyük Ağrı) ilə 3898 metrlik İnönü Zirvəsidir (Kiçik Ağrı). 4000 metrə qədər basalt, daha sonra sonrakı yüksəklikdə andezit lavalarından meydana gələn vulkanik dağ xüsusiyyətlərini göstərir. Həmçinin dağın zirvəsindəki buz qayaları Türkiyənin ən böyük buzlaqlarıdır.

Fuad Mədətov
AzNews.az

image description image description image description image description image description image description