General-mayor Rasim Musayevin vəzifədən azad olunmasının səbəbləri bəlli deyil General-mayor Rasim Musayevin vəzifədən azad olunmasının səbəbləri bəlli deyil

Gəncənin polis rəisi vəzifədən uzaqlaşdırıldı

General-mayor Rasim Musayevin vəzifədən azad olunmasının səbəbləri bəlli deyil



Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rasim Musayev vəzifəsindən azad edilib. Bu barədə qərar axşam saatlarında məlum olub. İdarənin rəis müavini İlqar Balakişiyev artıq xəbəri təsdiqləyib. Lakin Rasim Musayevin rəislikdən çıxarılması barədə qərarın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Rasim Musayev 2007-ci ilin noyabrında Gəncə şəhər Polis İdarəsinin rəisi təyin edilib. 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin zabiti Musayev Rasim İslam oğlu polis general-mayoru ali xüsusi rütbəsi ilə təltif edilib. Elə həmin vaxt Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib.

Rasim Musayev Binəqədi Rayon Polis İdarəsi rəisinin I müavini, DİN-in İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Daha sonra Sabunçu Polis İdarəsinin 15-ci bölməsinə rəhbərlik edən polis zabiti 2005-2007-ci illərdə Cəlilabad rayon Polis İdarəsinin rəisi olub.