Pakistanın nüfuzlu “Daily times” qəzeti və Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı “Humanizm simvolu–2012-ci ilin adamı” elan edib. Pakistanın nüfuzlu “Daily times” qəzeti və Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı “Humanizm simvolu–2012-ci ilin adamı” elan edib.

Mehriban Əliyeva “Humanizmin simvolu” seçildi

Pakistanın nüfuzlu “Daily times” qəzeti və Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı “Humanizm simvolu–2012-ci ilin adamı” elan edib.




AzNews.az AzerTac-a istinadən verdiyi xəbərə görə, M.Əliyeva bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən təhsil və səhiyyə sahəsində işlərə görə layiq görülüb.

"Daily times" qəzetinin 22 tarixli nömrəsinin 2 səhifəsi də bu mövzuya həsr olunub. Buradakı məqalələrdə Mehriban xanımın humanist fəaliyyəti, o cümlədən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda həyata keçirilən layihələrə dair geniş məqalələr çap olunub. Qeyd edilib ki, 2007-ci ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilmiş, orada yenidənqurma işləri aparılıb. Fond Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparıb, Peşavar şəhərində "Akbar Care" Serebral Paraliç İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edib, İslamabad şəhərinin "Kulsum İnternational" klinikasında açıq ürək əməliyyatlarını maliyyələşdirib, Həmzə Fonduna (Peşavar) müasir qanköçürmə avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi hədiyyə edib, Xeybər Göz Fondunun yeni binasının inşası üçün maddi yardım göstərib, Pakistanın bütün əyalətlərində Ramazan ayında iftar süfrələri təşkil edib, Qurban bayramında Lakki Marvat bölgəsində və Pəncab əyalətində qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılıb.

Qeyd edək ki, böyük tirajla nəşr olunan nüfuzlu "Daily times" qəzeti Pakistanla yanaşı, eyni zamanda, Böyük Britaniyada və Birləşmiş Ərəb Əmirliklərində də yayımlanır.