Dindar məhkəmədə hakimə ayaqqabı atdı

Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsində ruhani Abgül Süleymanovun şikayətinə baxış sona çatıb. Vəkil Rüstəm Zülfüqarov "Media forum" saytına deyib ki, məhkəmə birinci instansiyanın qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

Əldə etdiyimiz məlumata görə, qərar elan olunan kimi prosesdə iştirak edən dindarlardan biri hakim Mirpaşa Hüseynova ayaqqabı atıb. Ayaqqabı hakimin alnına dəyib.

Abgül Süleymanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ilin avqustunda çıxardığı hökmlə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ruhani 2011-ci ilin avqust ayında həbs olunub. O, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, narkotik və odlu silah saxlamada təqsirli bilinib.

AzNews.az