Anar Əkbərov müvəqqəti olaraq rəis səlahiyyətlərini icra edəcək Anar Əkbərov müvəqqəti olaraq rəis səlahiyyətlərini icra edəcək

Gəncə polisinə rəhbərlik edəcək şəxsin kimliyi bilindi-EKSKLÜZİV

Anar Əkbərov müvəqqəti olaraq rəis səlahiyyətlərini icra edəcək




Yanvarın 21-də daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edililərək nazirliyin Baş Kadrlar İdarəsinin sərəncamına götürülən Gəncə Polis İdarəsinin rəisi Rasim Musayevin yerinə müvəqqəti təyinat olub.

AzNews.az-ın əldə etdiyi məlumata görə, yeni rəis təyinatına qədər Gəncə polisinə Əkbərov Anar Qoca oğlu rəhbərlik edəcək. A. Əkbərov Gəncə Polisinin İdarəsinin xidmət üzrə rəis müavini işləyir.

Adətən müvəqqəti təyinat olanda rəisi əməliyyat üzrə müavin əvəzləyir. Gəncə polisində isə əməliyyat üzrə müavinin cəzası olduğu üçün onu xidmət üzrə müavin əvəzləyib.

Onu da bildirək ki, xidmət üzrə müavin A.Əkbərov 15 gün qabaq polkovnik rütbəsi alıb.

Azər Əli
AzNews.az