- Köhnə - Cəmiyyət
- 26 Dekabr 2016 13:40
- 14 886
Şaxta baba ilə Qar qız - Metroda + Foto

Şaxta baba və Qar qız Yeni İl bayramı münasibəti ilə metroda olacaq.
Bunu AzNews.az-a açıqlamasında Bakı Metropoliteni "QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, Şaxta baba və Qar qız dekabrın 28-də saat 22:00-da 28 may stansiyasına düşəcək:
"Yolkalar da bəzənib, Şaxta babayla Qar qız da yoldadır. Tədbir ayın 29-da da davam edəcək. Artıq 5 stansiyada - Elmlər Akademiyası, Memar Əcəmi, Koroğlu, İçərişəhər və 28 may stansiyalarında böyük yolkalar da qurulub."
Nəsimi Paşayev bayram tədbirinə hər kəsin dəvətli olduğunu deyib.
Bahar RÜSTƏMLİ
AzNews.az

