Azərbaycanın müstəqilliyi ilə həmyaşıd Qərb Universiteti 2016-cı ili uğurla başa vurdu. Azərbaycanın müstəqilliyi ilə həmyaşıd Qərb Universiteti 2016-cı ili uğurla başa vurdu.

Uğurlu təhsilin nümunəsi- Qərb Universiteti 25

Azərbaycanın müstəqilliyi ilə həmyaşıd Qərb Universiteti 2016-cı ili uğurla başa vurdu.

Dövlətimizin müstəqillik qazandığı il yaradılan ilk özəl universitetlərindən biri Qərb universitetinin uğurları artıq ölkə hüdudlarını aşıb.

Əsası 1991-ci ildə qoyulan Qərb Universiteti 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin, 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və BMT-nin müxtəlif proqramlarının üzvüdür.

Fəaliyyət göstərdiyi müddət ərzində universitet yüksək səviyyəli mütəxəssislər hazırlayıb. Onların sırasında Heydər Əliyev Mərkəzinin və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, ADA Universitetinin Xarici Siyasət proqramının direktoru Fariz İsmayılzadə, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BP-nin London mərkəzi ofisinin Hyustondakı baş məsləhətçisi Səidə İbrahimova, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev, Amerikanın Azərbaycandakı Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva, AZAL-ın Vaşinqtondakı nümayəndəliyinin direktoru Fuad Kərimov, AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri Kamran Kəlbəliyev, Microsoft” şirkətinin baş meneceri Fərid Cəfərov, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovu qeyd etmək olar.

Universitetin məzunlarının 37 %-i dövlət, 47 %-i özəl, 16 %-i isə beynəlxalq müəssisələrdə çalışır.

100-dən çox yüksək səviyyəli müəllimin çalışdığı Qərb Universitetinin 5 fakültəsində 36 ixtisas üzrə əyani və qiyabi bakalavr, magistr, doktorantura, dissertantura və əlavə ali təhsil verilir.

Qərb Universiteti beynəlxalq səviyyədə bakalavr və magistr hazırlığının həyata keçirən yüksək elmi-pedaqoji potensiala malik bir ali təhsil ocağıdır. Bu gün bu universitetdə 180-dan çox yüksək səviyyəli alim (akademik, professor, dosent) və pedaqoqlarımız, üstəlik 25-dən çox xarici müəllim çalışır. Respublikanın bir sıra görkəmli şəxsləri, alimləri məsləhətçi və diplom rəhbəri kimi universitetlə yaxından əməkdaşlıq edirlər.

Doktorantura səviyyəsində gənc alimlərin hazırlanması məqsədilə “İlk Azərbaycan-Antarktida”, “Azərbaycan-Afrika” və “Azərbaycan-Akonkaqua” böyük elmi ekspedisiyaları təşkil olunub.

Universitetdə Tur Heyerdalın “Kon-Tiki səyahəti”, “Ra ekspedisiyası” və “Tədqiqatlar silsiləsi I-IX Kitab” ədəbiyyatları Azərbaycan dilinə tərcümə edilib.

Qərb Universiteti Beynəlxalq Dağçılıq Federasiyasına (UIAA) qoşulub və eyni zamanda UİAA-nın "Dağların Mühafizəsi Mükafatı" proqramına dəstək göstərir.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə1994-ci ildə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası (DAEK) yaradıldı. Komissiyanın sədri akademik Fərəməz Maqsudov, üzvləri isə akademiklərdən Böyükişi Ağayev, Teymur Bünyadov, Telman Əliyev, Ramiz Qurbanov və professorlardan Yaşar Qarayev, Sudeyif İmamverdiyev, Əbdül Əlizadə, Şahlar Əsgərov, Akif Musayev və Əli Əlirzayev təyin edilib. Bu komissiya üzvlərinin hamısını birləşdirən unikal cəhət onların eyni düşüncə sahibi olmaları və ümumi mənafeni şəxsi mənafedən çox üstün tutmaları idi. Komissiyanın qarşısında duran əsas məqsəd: ölkədə fəaliyyət göstərə 180-dan çox özəl təhsil müəsisələrinin ekspertizasını aparmaq və hökümət qarşında təkliflə çıxış etmək idi.

O zamanlar Qərb Universitetinin və bir neçə başqa təhsil müəsisələrinin ekspertizasını aparmaq akademik Teymur Bünyadova həvalə edildi. Universitetin yaradıcısı prof. H. Bağırov univeriseti yaratmaqda niyyətini belə ifadə etdi: “Ölkəmiz bir ictimai siyasi quruluşdan digər ictimai siyasi sistemə keçdiyi üçün biz universiteti iqtisadi, sosial və siyasi inkişafına dəstək verə bilən yüksək səviyyəli mütəxəssislər yetişdirmək niyyəti ilə yaratmışıq.”

Qərb Universiteti bitirən yüzlərlə məzunları respublikamızın dövlət və qeyri-hökümət orqanlarında, müxtəlif kütləvi informasiya vasitələrində, xarici ölkələrin Azərbaycanda olan nümayəndəliklərində, beynəlxalq şirkətlərdə və xarici ölkələrdə çalışırlar.

Bu günümüzdə də xanım diplomatlarımız az deyil. Onlardan biri haqqında söhbət açacağıq - Qərb Universitetinin məzunu, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova.

1999-cu ildə Qərb Universitetini bitirən Nərgiz Qurbanova "II dərəcəli fövqəladə və səlahiyyətli elçi" diplomatik rütbəsi alıb. Bolqarıstanda Azərbaycan Respublikasının fövqaladə və səlahiyyətli səfiri təyin edilənə qədər Nərgiz Qurbanova Azərbaycanın ABŞ-dakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Son 4 ildə Xəzər regionu və Azərbaycanla bağlı olan bütün iqtisadi konfranslarının fəal iştirakçılarından olub.

Xanım səfir Böyük Britaniyanın "BP” şirkətinin Vaşinqtondakı təmsilçisi Qreq Sonders, ABŞ Dövlət Departamentinin Enerji ehtiyatları üzrə məsul əməkdaşı Daniel Ştayn, enerji, təbii sərvətlər və geosiyasət İnstitunun direktoru Ariel Koenin iştirakı ilə keçirilən tədbirlərdə qızğın müzakirələrə qoşulması ilə də tanınır.

Qərb Universitetinin uğurlu təhsil proqramı çərçivəsində bu ali mətkəbin tələbələri dövlətimiz tərəfindən yüksək vəzifələrə təyin edilirlər. Onlardan da biri Qərb Universitetinin 2000-ci il "Politologiya" ixtisası üzrə məzunu Fariz İsmayılzadədir.

O, Azərbaycan Respublikası Prezidentinin 11 aprel tarixli fərmanı ilə yaradılan Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasına üzv təyin edilib.

Qərb Universitetinin tələbələri dünya miqyaslı idman tədbirlərində də uğurla çıxış edirlər. 15-18 dekabr 2016-cı il tarixlərində Türkiyənin Antalya şəhərində Avropa Muay Tay Federasiyasının təşkilatçılığı ilə, Beynəlxalq Açıq Antalya Kuboku keçirilib. 20 ölkədən 300-dən artıq idmançının iştirak etdiyi yarışa, Türkiyə, Azərbaycan, İran, Yunanıstan, Gürcüstan, Fələstin, Rusiya və Polşa komanda şəklində, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Litva, İraq, Qazaxıstan, Tayland, Almaniya, Haiti, Pakistan və Bolqarıstanın isə fərdi şəkildə qatılıblar. Milli komandamız bu yarışda 17 idmançı ilə təmsil olunub.

17 idmançıdan biri olan, Qərb Universitetinin İdman Klubunun üzvü Mustafayev İlkin, İranlı və Yunan rəqibini məğlub etdikdən sonra finalda II yeri qazanıb.

Qərb Universiteti idman klubunun üzvü Mustafayev İlkinin də payı olduğu ümumi komanda hesabında milli komandamız 4 qızıl, 8 gümüş və 5 bürünc medalla II yeri qazanıb.

Arzu edirik ki, Qərb Universitetinin uğurları qarşıdan gələn 2017-ci ildə də davam etsin!

AzNews.az