Gəncədə ana qeysəriyyə əməliyyatından bir gün sonra ölüb. Gəncədə ana qeysəriyyə əməliyyatından bir gün sonra ölüb.

Gəncədə ana qeysəriyyə əməliyyatından bir gün sonra öldü

Gəncədə ana qeysəriyyə əməliyyatından bir gün sonra ölüb.

AzNews.az Report-a istinadən xəbər verir ki, Tovuz rayon İbrahimhacılı kənd sakini, 24 yaşlı Səkinə Məmmədova yanvarın 3-də Gəncə şəhər Abbas Səhhət adına 1 Saylı Xəstəxananın Doğum Şöbəsinə yerləşdirilib. Qadın ötən gün geysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib.

Bu gün isə onun halı qəflətən pisləşib və Səkinə Məmmədova dünyasını dəyişib. Qeyd edək ki, bu, qadının ikinci doğuşu olub.

Səkinə Məmmədovanın dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşıdır.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanıb.