Nibiru planeti 2017-ci ilin oktyabrında Yer kürəsini tamamilə məhv edəcək. Nibiru planeti 2017-ci ilin oktyabrında Yer kürəsini tamamilə məhv edəcək.

Yer kürəsi məhv olacaq? – Varlılar bunkerlər hazırlayır

Nibiru planeti 2017-ci ilin oktyabrında Yer kürəsini tamamilə məhv edəcək.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir sensasiyalı bəyanatla tanınmış alim Devid Mid “Planet X: The 2017 Arrival” adlı elmi işində çıxış edib. Onun sözlərinə görə, 2017-ci ilin oktyabrında Yer kürəsi Nibiru olaraq da adlandırılan X planetiylə toqquşacaq və tamamilə məhv olacaq.

Alim bildirib ki, toqquşma faktı artıq şübhəsizdir. Lakin təşviş yaratmamaq üçün bunu ictimaiyyətdən gizlədirlər.

Öz fərziyyəsinin başlıca sübutu kimi, Mid yeraltı təkanların statistikasını göstərir. Alimin işində toplanan statistikaya əsasən, yeraltı təkanların sayı və intensivliyi hər il daha da artır. Bu isə X planetinin yaxınlaşmasından xəbər verir.

Mid qeyd edir ki, 2017-ci ilin sentyabrında X planeti Qız bürcünün yanından keçəcək, oktyabrın 5-də isə Günəşin qabağını bütünlüklə örtəcək. Alim həmçinin vurğulayıb ki, dünya elitası mümkün fəlakət üçün artıq çoxdandır ki, özünə bunkerlər hazırlayır.

Bundan əvvəl, bir sıra alimlər X planetinin Uran və Neptunu Günəş sistemindən itələyib çıxara biləcəyini qeyd etmişdilər.

Lakin dünyanın sonu barədə xəbərlər artıq dəfələrlə KİV-lərdə yayımlanıb. Məhz həmin X planeti ən azı 2 dəfə - 2015-ci ilin sentyabr və dekabr aylarında Yeri məhv etməli idi. NASA bu kimi fərziyyələri əfsanə adlandıraraq inkar edir.

Aydan AXUNDOVA