Vergilər Nazirliyinin Bakı şəhəri üzrə vergi ödəyicilərinə xidmət mərkəzlərinin sistemində yaranan problemin səbəbi məlum olub. Vergilər Nazirliyinin Bakı şəhəri üzrə vergi ödəyicilərinə xidmət mərkəzlərinin sistemində yaranan problemin səbəbi məlum olub.

Nazirliyin onlayn sistemləri niyə iflic oldu? - Rəsmi açıqlama

Vergilər Nazirliyinin Bakı şəhəri üzrə vergi ödəyicilərinə xidmət mərkəzlərinin sistemində yaranan problemin səbəbi məlum olub.

Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, www.e-taxes.gov.az saytında yaranan problem SSL sertifikatının müddətinin uzadılması ilə bağlıdır: “Vergilər Nazirliyinin www.e-taxes.gov.az saytının ilk səhifəsinin açılmasında yaranan çətinliklərlə bağlı bildiririk ki, bu, sayta verilmiş SSL sertifikatının müddətinin uzadılması ilə bağlıdır. Hazırda müvafiq xarici şirkətlə danışıqlar aparılır və məsələ yaxın vaxtlarda həllini tapmalıdır”.

Vergilər Nazirliyinin Bakı şəhəri üzrə vergi ödəyicilərinə xidmət mərkəzlərinin sistemi sıradan çıxıb. Bu gün paytaxt sakinləri Bakının bir neçə Vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etsə də onlara daxili və onlayn sistemlərinin işləmədiyini bildiriblər.

Bahar RÜSTƏMLİ

AzNews.az