Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib. Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib.

Şirkət rəhbərinə qarşı dələduzluq - 700 min manatlıq

Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib.

"Report"un xəbərinə görə, bu barədə zərərçəkən - Abşeron rayon sakini 1961-ci il təvəllüdlü Bilalov Elçin Parapel oğlu Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib.

E.Bilalov qeyd edib ki, Bibiheybət qəsəbəsində yerləşən və ona məxsus "Foodini" MMC-də operator işləyən Xaçmaz rayon sakini 1987-ci il təvəllüdlü Şabanov Nəriman 700 000 manat dəyərində ərzaq mallarını satıb və pulunu ələ keçirib.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

AzNews.az