Toplantıda general Rasim Musayev nazirə etirazını bildirib Toplantıda general Rasim Musayev nazirə etirazını bildirib

Daxili İşlər Nazirliyində fövqəladə toplantı - EKSKLÜZİV

Toplantıda general Rasim Musayev nazirə etirazını bildirib



Saytımıza daxil olan məlumata görə bu dəqiqələrlə nazir Ramil Usubovun rəhbərliyi ilə Daxili İşlər Nazirliyində fövqəladə toplantı keçirilir. Bununla bağlı AzNews.az xəbər portalını məlumatlandıran mənbənin sözlərinə görə, tədbirdə DİN-in bütün yüksək vəzifəli şəxsləri ilə yanaşı, rayonların polis rəisləri də iştirak edir.

İclasın keçirilməsinin cəbəbi ölkədə son günlər baş verən hadisələr və bu hadisələrin baş verməsində DİN-in yüksək vəzifəli şəxlərinin adlarının hallanmasıdır.

Ehtimal olunur ki, bu fövqəladə toplantıda nazir bu söhbətlərə son qoymaq üçün sərt qərarlar qəbul edəcək.

O cümlədən ölkədəki sabitliyin qorunub saxlanılması üçün Ramil Usubovun konkret tapşırıqlar verəcəyi də gözlənilir.

Əldə etdiyimiz daha bir informasiyada isə bildirilir ki, müşavirədə xırda insident də yaşanıb. Belə ki, ötən gün İnterpolun Azərbaycan bölməsinə rəis müavini gətirilən Gəncənin sabiq rəisi Rasim Musayev tədbirdə söz alaraq, yeni təyinatına etirazını dilə gətirib. Bu vəzifənin onun üçün çox kiçik olduğunu söyləyən Rasim Musayevin etirazının fayda verəcəyi isə inandırıcı görünmür.

Azər
AzNews.az