Astarada qayda pozuntularını aşkarlamaq məqsədi ilə keçirilən reyd zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Onlardan 20-i barədə inzibati pratakol tərtib edilib. Astarada qayda pozuntularını aşkarlamaq məqsədi ilə keçirilən reyd zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Onlardan 20-i barədə inzibati pratakol tərtib edilib.

Sərxoş sürücü maşını polisin üstünə sürdü - Video

Astarada qayda pozuntularını aşkarlamaq məqsədi ilə keçirilən reyd zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Onlardan 20-i barədə inzibati pratakol tərtib edilib.

AzNews.az ARB TV-yə istinadən xəbər verir ki, reyd zamanı polisin saxla əmrinə məhəl qoymayaraq aradan çıxan və sükan arxasında sərxoş tutulan sürücülərə də rast gəlinib.

Polisin "Nə üçün spirtli içki içib maşın sürürssən?" sualına, sürücü "Rəis pivə içmişəm də" deyərək cavab verib.

Reyd zamanı protokol, əsasən spirtli içki içərək nəqliyyat vasitəsini idarə etmək, təhlükəsizlik kəmərindən istifadə etməmək, sürücülük vəsiqəsinin olmaması və texniki baxışdan keçməyən avtomobillərlə bağlı yazılıb.

Qeyd edək ki, müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində, Astara rayonunda belə reydlər davam etdiriləcək.

AzNews.az