Suraxanı rayonu "2-ci mədən" adlanan ərazidə yaşayan sakinlər yük avtomobillərin akkumlyatorlarının oğurlanması ilə bağlı rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Suraxanı rayonu "2-ci mədən" adlanan ərazidə yaşayan sakinlər yük avtomobillərin akkumlyatorlarının oğurlanması ilə bağlı rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət ediblər.

“Əvvəlcə açıb, sonra kəsib götürürəm” - Oğru qardaşlardan biri də saxlanıldı

Suraxanı rayonu "2-ci mədən" adlanan ərazidə yaşayan sakinlər yük avtomobillərin akkumlyatorlarının oğurlanması ilə bağlı rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət ediblər.

ARB TV xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 22 yaşlı Atabəy Abdullayev saxlanılıb.

Əslən Bərdə rayonundan olan Atabəy uşaqlıqdan ailəsi ilə birlikdə paytaxtın Suraxanı rayonunda yaşayır. Elə xoşagəlməz əməli törətməkdə uzağa getməyi lüzum görməyərək sözü gedən ərazini seçib.

Atabəy Abdullayev - Saxlanılan şəxs: "Suraxanı ərazisindən götürmüşəm. 2 akkumlyator götürmüşəm. Açıram qapaqlarını, kəlbətinlə kəsib götürürəm. Daşıyıram bir qırağa. Maşınla götürüb çıxıram. Sabahası gün aparıb satmışam. Gedib zavoda vermişəm. 325 manat pul götürmüşəm".

İstintaq zamanı Atabəyin daha bir cinayəti əməlinin üstü açılıb. Məlum olub ki, o, Qaradağ Rayonunun Qızıldaş qəsəbəsi adlanan ərazidən də oğurluq edib.

Atabəy Abdullayev - Saxlanılan şəxs: "Yol gedirdim. Yol gedən də görürdüm ki, maşın var kəlbətini götürüb gedirdim. Akkumlyatoru götürüb "Kamaz" dan uzaqlaşdırıb gizlədirdim. Onları da götürüb başqasına satmışam. Ona ucuz satıb 300 manat pul götürmüşdüm".

Bu Atabəy Abdullayevin ilk cinayəti deyil. Əvvəllər neft daşlarına aid olan ərazidən dəmir oğurladığı üçün cinayət məsuliyyəti daşıyıb.

Artıq Suraxanı Rayon Polis İdarəsi 4 qardaşdan 2 sinin məhkum olduğu Abdullayevlər ailəsində 3-cü qardaşın da barəsində cinayət işi başladıb, istintaq aparır.

AzNews.az