- Rusiya və İran
- 17 Yanvar 22:08
- 1 311
Rusiya Xarkovun kritik infrastrukturlarına zərbə endirib
Rusiya Silahlı Qüvvələri Xarkovun kritik infrastruktur obyektinə zərbə endirib.
Aznews.az xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri İqor Terexov öz "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, atəş nəticəsində 62 yaşlı kişi xəsarət alıb.
"Ziyanlar çox böyükdür. Söhbət şəhəri istilik və elektrik enerjisi ilə təmin edən sistemə ciddi zərbələrdən gedir. Hər belə atəşlə mərkəzləşdirilmiş istilik və elektrik enerjisinin verilməsi daha da çətinləşir. Çünki energetika indi çox pis vəziyyətdədir: ehtiyatlar sonsuz deyil, yük pik həddə çatıb və hər yeni zərbə dərhal sabitləşdirmə imkanlarını tükədir", - Terexov yazıb.
Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov isə bildirib ki, zərbə nəticəsində üç nəfər xəsarət alıb.
Yerli media şəhərə ən azı yeddi ballistik raketin düşdüyünü yazı. Hücum nəticəsində yanğın baş verib, şəhərin səmasını tüstü bürüyüb.