Ermənistanda İran əleyhinə keçirilən aksiyada 7 nəfər saxlanılıb - FOTO - YENİLƏNİB

İran İslam Respublikasının səfirliyi qarşısında keçirilən etiraz aksiyası razılaşdırılmayıb.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, diplomatik nümayəndəlik ərazisində ictimai asayiş polis qüvvələri tərəfindən təmin edilib. Nazirlik qeyd edib ki, yürüşün keçirilməsinə icazə verilməyib, bu səbəbdən onun təşkili qadağan olunub.

Məlumata görə, tədbir zamanı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa görə 7 nəfər inzibati qaydada saxlanılıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.