Zərdab rayon Polis Şöbəsi təhqiqata başlayıb, doğulan körpənin atası isə «uşağa baxacam» deyir Zərdab rayon Polis Şöbəsi təhqiqata başlayıb, doğulan körpənin atası isə «uşağa baxacam» deyir

13 yaşlı anayla bağlı yeni faktlar – Əxlaqdan kənar- YENİLƏNİB

Zərdab rayon Polis Şöbəsi təhqiqata başlayıb, doğulan körpənin atası isə «uşağa baxacam» deyir



Əməkdaşımız Zərdab rayon Alıcanlı kəndində 13 yaşlı məktəbli qızın türkürpədici olayı ilə bağlı araşdırma aparıb. Məlum olduğu kimi adıçəkilən kənd sakini, 7-ci sinif şagirdi olan qız dünyaya uşaq gətirib və bu məsələ həm rayonda, həm də respublikada böyük səs-küyə səbəb olub.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov mövzuyla bağlı AzNews.az-a açıqlamasında baş vermiş hadisəni təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədi: "Mən bu barədə heç bir məlumat verə bilmərəm. Kriminal hadisədir. Mənim bu barədə danışmağa ixtiyarım yoxdur. İş Zərdab Rayon Polis Şöbəsində araşdırılır. Onların nəzarətində olduğuna görə, hadisə ilə bağlı ancaq Polis şöbəsi məlumat yaya bilər".

Bu arada saytımıza belə bir xəbər də daxil olub ki, baş vermiş bu rüsvayçı hadisəylə əlaqədar Zərdab Rayon Təhsil Şöbəsində toplantı keçirilib. Toplantıda 13 yaşlı ananın təhsil aldığı Alıcanlı kənd məktəbinin direktorunun fəaliyyəti sərt şəkildə tənqid olunub. Bununla bağlı əməkdaşımıza danışan rayondakı mənbə iddia edir ki, əslində, Təhsil Şöbəsinin keçirdiyi iclasın əsas məqsədi informasiyanın yayılmasının qarşısını almaq olub, TŞ müdiri iclasda "necə edirsinizə edin, amma bu hadisənin üstünü bağlayın. Məlumat rayondan bayıra çıxmamalıdır" kimi şifahi tapşırıq da verib.

Zərdab Rayon Polis Şöbəsində isə məsələ ilə bağlı tərəflərin dindirilməsi prosesi aparılıb. Qeyd edək ki, 13 yaşlı məktəbli qızın dünyaya gətirdiyi körpəsinin atasının kimliyi də artıq bəllidir və onun ailəli olduğu bildirilir. O, Zərdab Rayon Polis Şöbəsində verdiyi izahatda təzəcə dünyaya göz açan uşağına atalıq edəcəyinə dair söz verib. Mövzunu diqqətdə saxlayacağıq,




****
22:29, 26.01.2013

Azərbaycanda 13 yaşlı qız ana oldu – ŞOK

AzNews.az xəbər portalına bütün ölkəni qarışdıracaq, tükürpədən informasiya daxil olub.

Əldə etdiyimiz məlumatda bildirilir ki, Zərdab rayonu Alıcanlı kəndində heç bir əxlaqa və insanlığa sığmayan dəhşətli olay baş verib.

Belə ki, Zərdab rayonunun Alıcanlı kənd sakini, 7-ci sinif şagirdi olan qız dünyaya uşaq gətirib.

Azyaşlının hamiləliyindən heç kəsin xəbərdar olmadığı bildirilir. Hadisə baş verən gün də məktəbə gələn qızın ağrıları məhz təhsil müəssisəsində tutub. Təcili olaraq həkimə çatdırılan qızın hamiləliyi və uşağın doğulmaqda olduğu məhz bu zaman aşkarlanıb.

Uşağın atasının kim olduğu, qızın hansı şəraitdə hamilə qaldığı barədə məlumatlar dəqiqləşdirilir. AzNews.az - a daxil olan məlumata görə, hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məlum səbəblərə görə 7 sinifdə oxuyan ananın adını açıqlamırıq. Amma bu dəhşətli olayın təffərrüatları ilə bağlı oxucularımıza daha ətraflı informasiya verəcəyik.

Orxan
AzNews.az