AzNews.az vergi borcu ilə bağlı sənət adamları arasında sorğu keçirib. AzNews.az vergi borcu ilə bağlı sənət adamları arasında sorğu keçirib.

"Vergilər Nazirliyinə borcum yoxdur"- Xalq artisti

AzNews.az vergi borcu ilə bağlı sənət adamları arasında sorğu keçirib.

Vergilər Nazirliyinin sənət adamalrının vergi borcu ilə bağlı hazırladığı siyahıda Xalq artisti Gülyanaq Məmmədova və müğənni Zamiq Hüseynovun vergidən yayındığı qeyd olunub.

Xalq artisti Gülyanaq Məmmədova AzNews.az-a vergidən yayınmadığını bildrib:

“Mənim Vergilər Nazirliyinə borcum yoxdur. Əgər Vergilər Nazirliyi mənim adımı borclu olan müğənnilərin siyahısına salıbsa, bunu onlar açıqlamalıdır. Bizim borcumuq yoxdur.”

Xalq artisti Brilliant Dadaşova da vergi borcunun olmadığını vurğulayıb: “Vergi borcum ödənilib.”

Müğənni Ayaz Qasımov Vergilər nazirliyinə borcu olduğunu, amma tamamiylə ödənildiyini qeyd edib: “Borcumuz vardı, amma indi yoxdur. Çünki borcumuzu ödəmişik.”

Vergilər Nazirliyi vergi borcu olan sənət adamlarının adını açıqlayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az