Bacısı üçün ömürlük həbsə düşən dünya və Avropa üçüncüsü - Video + Foto

Bacısı üçün ömürlük həbsə düşən dünya və Avropa üçüncüsü əməlinə görə peşman olduğunu bildirib.

ARB TV-nin "Rezonans" verilişinin bu dəfəki "qəhrəmanları"nın biri 14 il, digəri isə ömürlük həbs cəzası alıb. Onlar ata-baladırlar.

Ömürlük həbsə məhkum olan Yasin Seyidəliyev bunları söyləyib: "İdmanla məşğul olurdum. 1993-cü ildə anadan olmuşam. Dünya və Avropa 3-cüsüyəm. Azərbaycan birincisiyəm. Bacım bir oğlanla tanış olub qaçdı. Barışıq edib, toy keçirtdik. Əvvəllər hər şey yaxşı idi. Bir neçə ay sonra ailədə problemlər yaranmağa başladı. Bacımı tez-tez incidirdi. Bir dəfə döyüb, bizə göndərdi. Dedik ki, gəlin görüşək, söhbət edək, barışıq əldə edək. Gedib parkda söhbət etdik. Mən kənarda dayanmışdım. Razılıq əldə olunmadıqda, cibimdəki bıçağı çıxarıb yeznəmi və onun qardaşını bıçaqlayaraq öldürdüm. Atam şok vəziyyətdə idi. Eləcə üzümə baxırdı. Peşmanam. Kaş etməzdim. Bəlkə, bir müddət sonra barışacaqdılar. Yuxularımda görürəm ki, ailəmlə birgəyəm. Atam, anam, bacım və mən birlikdəyik. Eyni masa ətrafında birləşmişik. Ayılanda bu cür olmadığını görüb pis oluram. Anam və bacım gəlib məni ziyarət edir. Utanıram onları bu vəziyyətə saldığım üçün".

Hüseyn Seyidəliyev - 14 illik həbsə məhkuman olunan şəxs: "Çox çətindir. Oğlum orada, mən burada, ailəm başsız, ölənlərin ailəsi başsız qaldı. İnsan çərçivədən çıxdı çətin olur. Oğlum hadisədən 13-14 gün sonra əsgərliyə gedəcəkdi. Həyatımız məhv oldu. Onunla birlikdə müttəhim kürsüsündə oturmaq ağır idi. Ona verilən cəzanı eşidəndə donub qaldım. Səbr yaxşı şeydi. Kaş səbrli olardıq. 3 ildir oğlumu görmürəm. Ancaq telefon əlaqəsi yaradırıq".

AzNews.az

image description image description image description