“AZAL Azərbaycan iqtisadiyyatına əlavə yükdür” - Millət vəkili

“AZAl özəlləşdirməyə çıxarılmalı, eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər buraxılmalıdır. Azərbaycan aviasiyası, AZAL monopolistdir. Bunun qarşısı alınnmalıdır. Azərbaycan aviasiyası, AZAL Azərbaycan iqtisadiyyatına, büdcəyə əlavə yükdür. Odur ki, AZAL özəlləşməyə çıxarılmalıdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli deyib.

Əli Məsimli bildirib ki, neçə ki, AZAL-ın inhisarçılığı davam edəcək, biletlərin qiymətlərinin, tariflərin müəyyənləşdirilməsində özbaşınalıqlar və bunun da nəticəsində narazılıqlar davam edəcək: “Ona görə də AZAl özəlləşdirməyə çıxarılmalı, eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər də buraxılmalıdır”.

AzNews.az