Azərbaycan hökuməti ölkə ərazisində yerləşən alban məbədlərinin bərpa olunması ilə yaxından məşğuldur. Azərbaycan hökuməti ölkə ərazisində yerləşən alban məbədlərinin bərpa olunması ilə yaxından məşğuldur.

İlham Əliyevin müşaviri Oğuz və İsmayıllıdakı alban məbədlərini xilas edir

Azərbaycan hökuməti ölkə ərazisində yerləşən alban məbədlərinin bərpa olunması ilə yaxından məşğuldur.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Bu barədə Multikultralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib.

Oğuz və İsmayıllı rayonlarında dağılmaqda olan alban məbədlərinin vəziyyəti ilə bağlı dövlət strukturlarından bu problemlə bağlı dərhal reaksiya verilib.

“Mədəniyyət və Turizm Nazirliyi nəzdində Mədəni İrslərin Qorunub Saxlanması Dövlət Xidmətinin ekspertləri alban kilsələrinə baş çəkərək vəziyyətlə daha yaxından tanış olublar. Onların verdikləri rəy və təkliflər əsasında məbədlərin təmir olunmasına dair qərar qəbul olunacaq”, – deyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib.