Ağstafa rayonunda 181 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Ağstafa rayonunda 181 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

181 ədəd partlamamış hərbi sursat aşkarlandı - Foto

Ağstafa rayonunda 181 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AzNews.az-a bildirilib ki, rayonun Saloğlu qəsəbəsində Acıdərə adlanan ərazidəki otlaq sahəsində 181 ədəd partlamamış hərbi sursat (47 ədəd 125 mm-lik tank mərmisi (OF-26), 15 ədəd 7.62 çaplı patron və 119 ədəd 5.45 çaplı patron) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA tərəfindən 1 min kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik yanvarın 1-dən 25-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirib, 1 469 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirib, 16 430 kv.m ərazi yoxlayıb.