"Qəpik atırsan, ödəmə terminalı qəbul etmir" "Qəpik atırsan, ödəmə terminalı qəbul etmir"

Qəpik udan terminallar - Belə hallarda hara müraciət edək? + Rəsmi açıqlama

"Qəpik atırsan, ödəmə terminalı qəbul etmir"

ARB TV xəbər verir ki, bu hal paytaxtda quraşdırılan bir çox ödəmə terminallarında yaşanır. Nəticədə vətəndaşın pulu itkiyə gedir. Problem bununla da yekunlaşmır. Terminallar onlarla sakinin pulunu udur. Mənfi tərəfi isə ondan ibarətdir ki, bu hal 1 dəfə yox, bir neçə dəfə yaşanır.

Aidiyyatı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyir ki, problem bir neçə səbəbdən baş verir. Bəzən ödəmə terminalının əskinaslar bölümünə müdaxilə oldunduğu üçün aparat pulu qəbul etmir. Bəzən isə ödəmə qaydalarına diqqət edilmir. Bu hal terminaldakı texniki nazasızlıqdan da yarana bilər. Qurum rəsmisi bu problemi monitorların sensorla işləməsiylə əlaqələndirir. Qabaqlayıcı tədbir kimi çöldəki terminallar örtüklənib.

Ülviyyə Əfəndiyeva - Ödəmə Terminalının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri: "Bəzən soyuq havalarda monitorlar donur. Belə hal baş verərsə, müştəri xidmətlərinə müraciət edə bilərlər və problem aradan qaldırılar. Ya pulu qaytarılır, ya da vəsait şəklində istədiyi digər bir xidmətə köçürülür".

Problemlər bununla da yekunlaşmır. Bəzi terminallardan ödəmə qəbzini almaq mümkün deyil. Ödəmə terminallarında problem yaşanarsa, vətəndaşlar * 0010, 012-564-54-98 və 012 404 48 88 qaynar xəttinə zəng vurub şikayət edə bilərlər.

AzNews.az