Suraxanı rayonu Zığ qəsəbəsi 43 ünvanında yerləşən bina tamamilə yararsız hala düşüb. Suraxanı rayonu Zığ qəsəbəsi 43 ünvanında yerləşən bina tamamilə yararsız hala düşüb.

Bakıda bina sürüşdü, sakinlər evsiz qaldı - Foto + Video

Suraxanı rayonu Zığ qəsəbəsi 43 ünvanında yerləşən bina tamamilə yararsız hala düşüb.

İstiPress-in məlumatına görə, sürüşmə zonasında yerləşən bina son günlər aktivləşmə nəticəsində bir qədər də çöküb. Nəticədə, sakinlər ötən iki gecəni küçədə qalıblar.

Ərazidəki həyət evlərinin sakinləri uzun müddətdir evlərini tərk ediblər. Hətta burada elə evlər var ki, tamamilə yararsız hala düşüb.

Qəzalı binadakı vəziyyətdən xəbərdar olan Suraxanı rayonu İcra Hakimiyyətinin rəsmiləri, sakinlərə dərhal binanı tərk etmək göstərişi veriblər. Sakinlərin evlərnidən çıxmadığını gördükdə isə binanın kommunal xidmətlərlə təminatını dayandırıblar. Məcbur olan sakinlər artıq bu gün səhərdən başlayaraq evlərini tərk edirlər.

Sakinlər üçün kirayə haqqı da təklif edilib. 1-2 otaqlı evi olanlara 200 manat, 3-4 otaqlı evıər üçün isə 300 manat kirayə haqqı müəyyən edilib. Hələlik onlara yalnız bir ay üçün bu pul ödənilir. Binada yaşayanlar onlara köçmək üçün vəsait verilməməsindən də narazıdırlar. Sakinlərə bildirilib ki, binanın sökülməsi qərarı verilərsə, onlara köçmək üçün də nəqliyyat xərci veriləcək.

Hazırda isə insanlar yalnız zəruri olan əşyalarını, geyimlərini götürərək evlərini tərk edirlər. Bəziləri isə öz pulları ilə ev əşyalarını da daşıyırlar.

Sakinlər evlərini tərk etdikdən sonra komissiya tərəfindən onların qapısına möhür vurulur. Həmçinin evlərini tərk edən sakinlərin geri qayitmaması üçün ərazidə post-patrul xidmətinin əməkdaşları növbə çəkir.

Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, bina sürüşmə zonasında yerləşdiyi üçün sakinlər köçürülür. Baş verə biləcək hər hansı bir faciənin qarşısını almaq üçün də bütün kommunal xidmətlər dayandırılıb. Sakinlərə köçürüləcəkləri barədə 1 həftə əvvəl xəbər verilib. Onların nə qədər kirayədə yaşayacaqları isə hələlik məlum deyil. Çünki ilk olaraq binada tədqiqat aparılacaq. Mümkün variantda binada təmir-bərpa bərkitmə işləri aparılacaq. Əgər bu mümkün olmasa binanın sökülməsinə qərar veriləcək.

AzNews.az

image description image description